“Əgər onların dollarları varsa, bizim də xalqımız, haqqımız və Allahımız var” – Ərdoğan

13:41 | 10.08.2018
“Türkiyəyə iqtisadi təzyiq göstərməyin heç bir perspektivi yoxdur”.
Editor.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparılır:
“Bütün bunlara fikir verməyin. Əgər onların dollarları varsa, bizim də xalqımız, haqqımız və Allahımız var”.