Əli Əhmədov yetkinlik yaşına çatmayanlarla əlaqədar komissiyanın sədri təsdiq edilib

11:58 | 21.07.2018

Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri təsdiq edilib.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” qərarında əksini tapıb.

Bu komissiyanın sədri baş nazirin sabiq müavini Elçin Əfəndiyev olub.

//APA