Ərdoğan: “Azərbaycanla dostluğumuz yüksək səviyyədir”

15:00 | 31.10.2017
0 dəfə oxundu

“Dünən və bu gün Azərbaycanda keçirdiyimiz görüşlərdə Azərbaycanla qardaşlıq və dostluğumuzun nə qədər yüksək səviyyəyə çatdığını həyəcanla müşahidə edirik”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında deyib. O bildirib ki, Bakı- Tbilisi-Qars dəmiryol xəttinin açılışı qürurverici hadisədir: “Artıq xalqlarımızın tək Qarsdan Bakıya deyil, Pekinə və Londona qədər getdiyi günləri görərik”.

//APA