Ərdoğan istanbulda üçüncü aeroportun açılacağı TARİXİ elan etdi

15:48 | 24.09.2018

İstanbulda üçüncü beynəlxalq hava limanı bu il oktyabrın 29-da açılacaq.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, hazırda üçüncü hava limanının yeni terminalı istifadəyə tam hazırdır.

Dövlət başçısı əlavə edib ki, terminalla yanaşı, uçuş-eniş zolaqları da istifadəyə hazırdır.

Qeyd edək ki, yeni hava limanında 3.500 reys həyata keçiriləcək.

//Trend