Ərdoğan ona heykəl ucaldanlara: “Bir daha belə səhv etməyin!”

15:09 | 13.09.2017
23 dəfə oxundu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra şəhərlərdə ona heykəl ucaldılması hallarını tənqid edib.

 

şəhər merlərinə səslənən prezident bu addımın mənəvi dəyərlərə uyğun olmadığını deyib.

R.T.Ərdoğan bununla bağlı təəssüfləndiyini bildirib: “Mən şəhər rəhbərlərini mənə heykəl ucaltmağa yox, öz işlərini qüsursuz görməyə çağırıram. Mən heykəl və ya büst istəmirəm. Bir də heç kim belə səhv etməsin”.

// Trend