Ərdoğan: Türkiyə də ABŞ-a heç kimi ekstradisiya etməyəcək

16:02 | 11.01.2018

Türkiyə artıq ABŞ-ın terrorçuların ekstradisiyası barədə tələblərini yerinə yetirməyəcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezidentin sözlərinə görə, indiyədək Türkiyə ABŞ-ın tələbi ilə 12 terrorçu ekstradisiya etsə də, ABŞ Fəthulla Güləni indiyədək təhvil vermir.

Türkiyəli lider vurğulayıb: “Mən hakimiyyətdə olduğum müddətdə ABŞ Türkiyədən bir adamı da almayacaq”.

//Trend