Əxlaqsız videolar izləyən sərxoş oğlan anasını döyüb öldürdü

11:42 | 21.02.2018
Bütün gününü əxlaqsız videolara baxmaqla keçirən, spirtli içki aludəçisi olan 41 yaşlı kişi eyni evdə yaşadığı anasını öldürüb, sonra da basdırmayıb.
41 yaşlı Darren Hammond 81 yaşlı anası Beryl Hammond-u döyərək öldürüb. Darren anasının cəsədini bir həftə evində saxlayıb. Evdən pis qoxu gəldiyini hiss edən qonşular polisə xəbər veriblər. Polis Beryl-in evinə gələndə onun çürümüş cəsədini tapıb.
Məlum olub ki, onu oğlu döyərək öldürüb. Belə ki, qadının sümükləri qırılıb.
Darren Hammond günahını boynuna alıb. O, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə İngiltərənin Birminqhem şəhərində baş verib.
///Milli.Az