19 yaşlı gənc bacısını bıçaqladı

16:29 | 17.07.2017
56 dəfə oxundu

Daşkəsən rayonunda qardaş bacısını bıçaqlayıb.
Vüsal adlı 19 yaşlı şəxs hələ ki bilinməyən səbəbdən öz bacısını bıçaqlayaraq ona xəsarət yetirib. Yaralı qohumları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, yaşadıqları yataqxanada bacısını bıçaqlayan şəxs ruhi xəstədir.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsindən araşdırmalara başlanılıb.
///report