22 yaşlı gəncin meyiti tapıldı – Cəlilabadda

12:31 | 21.07.2018

Cəlilabad rayonunda 22 yaşlı gəncin meyiti tapılıb.

Meyit rayon ərazisindəki evlərdən birində aşkar edilib.

Belə ki, rayon sakini 1996-ci il təvəllüdlü Məmişov Məhəmməd Məmiş oğlunun cəsədi yaşadığı evində yaxınları tərəfindən aşkar edilib.

Gəncin qəfil ölümünün səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

//report