23 yaşlı oğlan məktəbli qızı qaçırdı

11:48 | 05.02.2018
Bərdə rayonunda məktəbli qız evlənmək məqsədilə qaçırılıb.
Editor.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Lənbəran kəndində baş verib. Kənd sakini 1995-ci il təvəllüdlü Əzizov Nəcməddin Cəmaləddin oğlu həmkəndlisi 2002-ci il təvəllüdlü H.M-ni qaçırıb. H.M. ailə qurmaq məqsədi ilə N.Əzizova qoşulub qaçsa da, ailə bu izdivaca narazıdır.
Lənbəran kənd icra nümayəndəsi Qaraş Hacıyevin APA-ya verdiyi məlumata görə,  cütlüyün axtarışı davam etdirilir.