29 yaşlı gənc intihar etdi

10:45 | 21.11.2017

Astara rayonunda intihar hadisəsi baş verib.

Rayonun Şümrüd kənd sakini, 1988-ci il təvəllüdlü Musayev Vasif Cavad oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

///Lent.az