39 yaşlı kişi parkda qətlə yetirildi

15:33 | 22.10.2018

Xırdalan şəhərində 39 yaşlı kişi qətlə yetirilib.

Editor.az Report-a istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Qətlin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.