4 nəfərin xəsarət aldığı qəzada avtomobil iki yerə bölündü (VİDEO)

17:20 | 24.08.2018
Bərdənin Cəyirli kəndində zəncirvari qəza baş verib.
Edotor.az ARB TV-yə istinadən xəbər verir ki, hərəkətdə olan “VAZ 21011” markalı avtomobillə “Mercedes” və “VAZ 21099” markalı maşın toqquşub.
Qəza zamanı 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Bərdə rayon sakinləri, “VAZ” markalı avtomobilin sürücüsü Orxan Süleymanov və sərnişin 23 yaşlı Nərgiz Məmmədova, digər avtomobillərin sürücüləri Elman Cəfərov, Akif Məmmədovdur. Yaralı qadının bədənində və ayağında sınıq və əzik xəsarətləri olduğu üçün xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır. Digər yaralılar isə ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Daha bir qəzada “Mercedes BENZ” markalı avtomobil qəzaya düşüb.
Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində də qəza olub. Hərəkətdə olan “Mercedes BENZ” markalı avtomobillə başqa nəqliyyat vasitəsi toqquşub. Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan 30 yaşlı Xaliq Rüstəmov, 51 yaşlı Cabir Səfərov və 33 yaşlı Museyib Zamanov travmatologiya şöbəsinə yerləşdirilib. Bir nəfərin vəziyyəti isə qənaətbəxşdir.
Şamaxı rayonunun Pirqulu yolunda “KİA” markalı maşının aşdığı qəzanın səbəbkarı xəstəxanada məlum olub.
Rayon sakini 53 yaşlı Arif Zərbəliyev “KİA” markalı minik maşını ilə Şamaxı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və onun sərnişini 35 yaşlı Samirə Manafova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal əraziyə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilərək cərrahiyə şöbəsinə yerləşdirilib.
Sürücü xəstəxanada həkim müayinəsindən keçirilib və onun içkili olduğu məlum olub.
Faktlarla bağlı araşdırmalar aparılır.