76 yaşlı qadın 106 yaşlı anasından polisə şikayət etdi: “Pullarımı oğurlayıb”

15:45 | 14.02.2018
Moskvada 106 yaşlı qadından polisə şikayət edilib. Şikayətçi isə həmin qadının 76 yaşlı qızıdır.
Editor.az virtualaz.org-a istinadən xəbər verir ki, şikayətə əsasən, yaşı yüzü keçmiş qadın qızının pullarını və sənədlərini oğurlayıb.
Polisdən bildirilib ki, şikayətçi qadın hansı məbləğdə pulunun oğurlanmasını xatırlaya bilməyib. Hüquq-mühafizə orqanı şikayəti araşdırır.