backend

DİN mətbuat xidməti: ““Gelandewagen”in sükanı arxasında Nail Allahverdiyev olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi dəhşətli qəza ilə bağlı yeni məlumatlar yayılıb. Editor.az virtualaz.org saytına istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti qəza ilə bağlı saytın sualına cavab verib.
İstintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda suala cavab olaraq DİN mətbuat xidməti bildirib ki, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və “Mercedes Gelandewagen” markalı avtomobilin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib.
Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.
Xatırladaq ki, Nail Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir.