Vilayət Eyvazovdan daha bir TƏYİNAT

17:55 | 8 Mart, 2020

Eldar Həsənov vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsində eyni vəzifəyə təyin edilib

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov keçmiş rəisə yeni vəzifə verib.

Editor.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, nazirin əmri ilə Sumqayıt Şəhər Dövlət Yol Polisi İdarəsinin yol hadisələri üzrə inspektoru, polis polkovnik-leytenantı Eldar Həsənov vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsində eyni vəzifəyə təyin edilib.

E. Həsənov daha əvvəl Şəmkir rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. 2019-cu ildə Sumqayıta təyin edilib.

Mövzunu Facebookda şərh et