Moskvada rekord istilik qeydə alındı

18:41 | 8 Mart, 2020

Mart ayının 8-i Moskvada meteoroloji müşahidələr tarixində ən isti gün kimi qeydə alınıb. İstilik rekordu artıq səhər tezdən qırılıb.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Fobos” hava mərkəzinin əməkdaşı Aleksandr Sinenkov deyib.

“Artıq səhər saat 5-də meteoroloji stansiyada temperatur 8.5 dərəcə idi. Bu da 2014-cü ildə qeydə alınmış rekord temperaturdan 0.2 dərəcə çoxdur”, – Sinenkov bildirib.

Sinoptik gündüz saatlarında temperaturun daha da yüksələcəyini qeyd edib.

Mövzunu Facebookda şərh et