“Şimali Koreyada yaşadığımızı bilmirdim” – Bobanbackend

“Şimali Koreyada yaşadığımızı bilmirdim” – Boban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milan”ın futbol şöbəsinin sabiq rəhbəri Zvonimir Boban istefaya göndərilməsinə münasibət bildirib.

Editor.az qol.az-a istinadən xəbər verir ki, o, verdiyi açıqlamalarda qeyri-qanuni bir şey görmədiyi üçün işdən çıxarılmasını düzgün hesab etmədiyini deyib:

“Şimali Koreyada yaşadığımızı bilmirdim. Mənim müsahibəm qanuni və qüsursuz idi. Klubdakı daxili vəziyyətin aydınlaşdırılması üçün dəfələrlə edilən müraciətlərə cavab verirdi”.

Qeyd edək ki, Zvonimir Boban mediadakı tənqidi açıqlamalarına görə istefaya göndərilib.

//Editor.az