ABŞ-da nüfuzlu tennis turniri koronavirusa görə təxirə salınıb

18:23 | 9 Mart, 2020

İndian-Uelsdə (ABŞ, Kaliforniya) martın 9-da keçirilməli olan nüfuzlu tennis turniri koronavirus səbəbindən təxirə salınıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti bildirib.

“Biz turnirin baş tutmayacağından çox məyus oluruq, lakin yerli ictimaiyyətin, azarkeşlərin, oyunçuların və bu tədbirlə bağlı olanların sağlamlığı və təhlükəsizliyi birinci dərəcəli əhəmiyyətə malikdir”, – turnirin direktoru Tommi Xaas deyib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 18,5 milyon dollar təşkil etməli idi.

Mövzunu Facebookda şərh et