Türkiyədə təhsil almağa gedən gənclərin diqqətinə!

19:28 | 6 Avqust, 2017

Bakıda TÖMER imtahanı keçiriləcək
İstanbul Aydın Universitetinin AYDIN TÖMER Mərkəzi Bakıda Türkiyədə təhsil almağa qərar verən gənclər üçün Türkçe Yeterlik Sınavı(TYS-TÖMER) imtahanı keçirəcək. Universitetinin rəsmi Bakı ofisindən verilən məlumata görə, imtahan 27 avqust, saat 10-da Odlar Yurdu Universitetində baş tutacaq. İmtahanda iştirak üçün son qeydiyyat tarixi 24 avqust, iştirak haqqı isə 130 AZN-dir.
Qeydiyyat və əlavə məlumat üçün rəsmi Bakı ofisi ilə (+99450 275-72-15) telefonu ilə əlaqə saxlamaq lazımdır.
TÖMER imtahanı nədir və nə üçün lazımdır?
TÖMER (Türk dili haqqında sertifikat), Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin keçməli olduğu dil imtahanıdır. İmtahan xarici tələbələrin Türkcə dil biliyini yoxlayır.
Bakalavr səviyyəsində universitetlər bu imtahanı əsasən qeydiyyatdan sonra tətbiq edir və tələbə bir başa olaraq dərsə 1-ci kursdan başlayır. Magistratura səviyyəsində isə əsasən müraciət tarixində TÖMER sertifikatı tələb olunur.
Qısacası TÖMER/TYS Türkiyədə aşağıdakı kateqoriyaya aid olan hər kəsə lazımdır.
Attestatla bakalavr təhsili alamaq istəyənlərə
YÖS- lə bakalavr təhsili almaq istəyənlərə
Magistr təhsili almaq istəyənlərə
Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə
Doktorantura oxumaq istəyənlərə
Qeyd: TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMER üzrə hazırlıq oxumalıdır. Bu həm vaxt itkisi, həmçinin də pul itkisidir (TÖMER hazırlığı illik 1000 dollar təşkil edir).