Autsayder darmadağın oldu – A seriyasındabackend

Autsayder darmadağın oldu – A seriyasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya A seriyasında XXVI tur başa çatıb.

Editor.az apasport.az-a istinadən bildirir ki, turun son günündə bir matç keçirilib.

Turnir cədvəlinin orta pillələrində qərarlaşan “Sassuolo” autsayder “Breşiya”nı qəbul edib.

Meydan sahibləri üç xalı 3 qolla qazanıblar. Françesko Kaputonun dubl etdiyi görüşdə Jeremi Boqa da fərqlənib.

Qeyd edək ki, növbəti turun oyunları martın 13-15-də keçiriləcək.

İtaliya A seriyası
XXVI tur
9 mart
“Sassuolo” – “Breşiya” – 3:0
Kaputo, 45, 61, Boqa, 75