Türkiyədə koronavirusa ilk yoluxma halı qeydə alınıb

11:03 | 11 Mart, 2020

Türkiyədə koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

F.Koca bildirib ki, yoluxan şəxs Türkiyə vətəndaşıdır və o, yaxın zamanda Avropadan qayıdıb. Nazir bildirib ki, yoluxan kişi karantinə yerləşdirilib.

Səhiyyə naziri həmçinin ölkə vətəndaşlarını ehtiyac olmadığı halda ölkəni tərk etməməyə çağırıb.

Mövzunu Facebookda şərh et