46 yaşlı kişinin meyiti əmisi oğlunun evində tapıldı

14:16 | 11 Mart, 2020

Şabran sakini dəm qazından boğulub.

Editor.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ağbaş kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Quliyev Müşviq Xanverdi oğlu əmisi oğlu Daşdəmir Quliyevə məxsus evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Mövzunu Facebookda şərh et