backend

WhatsApp-dan daha bir yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” daha bir yeniliyə imza atır. “WhatsApp” rəngli statusları sınaqdan keçirməyə başlayıb.
İlk olarqq belə seçim “Android” sistemindən istifadə edən “Facebook” istifadəçiləri üçün əlçatan olub, bundan sonra başqa platformalarda tətbiq edilib, indi isə növbə messencerlərə çatıb.
Foto ikonkasını mətn mesajına keçirmək üçün statuslardan ibarət vərəqə keçmək və sağ tərəfdən aşağıda karandaş işarəsinin üzərinə sıxmaq lazımdır.
Bundan sonra mətni daxil etmək, ona emodzi əlavə etmək, şrifti və fonun rəngini seçmək mümkündür. Üzərində təyyarə şəkli olan yaşıl düymənin üzərinə sıxdıqdan sonra hazır statuslardan ibarət pəncərə açılır.
//Editor.az