backend

"Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" sərəncamda dəyişikliklər edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Editor.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 645, № 8, maddələr 723, 731; 2009, № 6, maddələr 419, 421, № 12, maddə 1029; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2013, № 12, maddə 1556; 2014, № 11, maddə 1414; 2016, № 5, maddə 907, № 6, maddə 1172; 2017, № 1, maddə 82, № 5, maddə 858) Əlavə 3 – “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda aşağıdakı dəyişikliklər edilsin:
“İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilir:

Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:
rəhbər 365
rəhbərin müavini 345
sektor müdiri, baş mühasib 315
baş məsləhətçi 290
böyük məsləhətçi 285
aparıcı məsləhətçi 280
məsləhətçi 275

Yardımçı vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Dördüncü təsnifat” bəndinin birinci abzasına üçüncü halda “bölmələrində,” sözündən sonra “yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda,” sözləri əlavə edilsin.