Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür – Siyavuş Novruzov

11:57 | 14 Mart, 2020

“Bu gün Azərbaycanda süni ajiotaj yaradılır. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür”.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, müəyyən mətbuat orqanları, xüsusilə də xaricdə oturanlar bu ajiotajı qızışdırır:

“Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalıdır. Dövlət tərəfindən lazımi tədbirlər görüləcək.

Mövzunu Facebookda şərh et