Vyana Yarmarkası səhra xəstəxanasına çevrilir

14:34 | 15 Mart, 2020

COVID-19 koronavirusuna yoluxanların sayının sürətlə artmasını nəzərə alaraq, Vyana şəhərində səhra xəstəxanası yaradılması barədə qərar qəbul edilib.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, şəhər meriyası bunun üçün Avstriyanın ən böyük sərgi mərkəzi olan Vyana Yarmarkasını seçib. İlkin mərhələdə yarmarkanın A korpusu 880 çarpayılıq səhra xəstəxanasına çevriləcək. Burada koronavirusa yoluxan və infeksiyanı yüngül formada keçirən, lakin ev şəraitində müalicə oluna bilməyən pasiyentlər qəbul ediləcəklər.

Vyana şəhərinin meri Mixael Ludviq mətbuata verdiyi açıqlamada bildirib ki, müvəqqəti xəstəxanaların yaratmaqda məqsəd yüngül halları nəzarətdə saxlamaq və əsas xəstəxanaların resurslarına qənaət olunması üçün əlavə ehtiyat tədbiri görməkdir. Onun sözlərinə görə, yaxın bir neçə gün ərzində müvafiq infrastruktur yaradıldıqdan sonra müvəqqəti xəstəxanada tibbi heyət fəaliyyətə başlayacaq.

Mövzunu Facebookda şərh et