backend

Niderland məhkəməsi azərbaycanlı diaspor rəhbərini həbs etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland Krallığında yaşayan və Azərbaycan Respublikası tərəfindən ”Şöhrət” ordeni ilə təltif edilən İlhan Aşkın ermənilərə qarşı mübarizəsini davam etdirir. 
Məlum olduğu kimi, erməni diaspora nümayəndələri onu millətlərarası düşmənçiliyin qızışdırılmasında ittiham etmişlər və bununla bağlı artıq iki məhkəməyə prosesi geridə qalmışdır. Niderlandda fəaliyyət göstərən Azərbaycanın diaspora təşkilatlarının ən aktiv nümayəndələrindən biri və rəhbəri olan İlhan Aşkın, bu ölkədəki ilk Azərbaycan cəmiyyəti kimi tanınan Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin həmtəsisiçisi olmuş, eləcə də hazırda həmin təşkilata rəhbərlik edir. O, Avropada yeganə Xocalı soyqırım abidəsinin açılışı üçün etdiyi əvəzzis xidmətləri ilə tanınır. Məhz bu baxımdan əminliklə söyləmək olar ki, Niderlanddakı erməniləri onu məqsədyönlü şəkildə hədəf seçmişlər. Bu davada İlhan Aşkına dəyəcək zərər bütun Azərbaycan diasporasına təsir edəcəkdir. Ermənilər İlhan Aşkını sıradan çıxartmaqla, özlərinə geniş meydan açmağı planlamışlar. Lakin yanlış adamı hədəf seçmələrinin hələ də fərqində deyillər. Çünki İlhan Aşkını mübarizəsini apardığı  bu yoldan heç bir təzyiq, təhdid və ya məhkəmə qorxusu çəkindirə bilməz.
İlhan Aşkın əslən Tükiyənin İqdır bölgəsindəndir bu həmin bölgədəki əksər həmyerliləri kimi etnik azərbaycanlıdır. O, keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq, Niderlandda Azırbaycanı layiqincə təmsil etmiş və 1991-ci ildə Azərbaycan Türk Kültür Dərnəyini təsis edən şəxslərdən biri olmuşdur.

Emil Əliyevin verdiyi məlumata görə, ermənilər İlhan Aşkın tərəfindən ucaldılan Xocalı soyqırımı qurbanları abidəsinin açılışından bir müddət sonra, Niderlandın  Overaysel vilayətinində yerləşən Almelo şəhərində qondarma “erməni soyqırımı” abidəsini ucaltmaq istəmişlər. Bu xəbərdən dərhal sonra minlərlə azərbaycanlı və türk həmin abidənin açılışına etiraz olaraq aksiya keçirmişlər. İ.Aşkın isə orada bir çox iştirakçılar kimi çixış edərək, “Qarabağ erməniyə məzar olacaq” ifadəsini səsləndirmişdir. Baxmayaraq ki, həmin etiraz aksiyasından iki il keçmişdir, erməni diaspora təşkilatlarının nümayindələri İlhan Aşkını bu ifadəsinə görə  məhkəməyə verməyi qərara almışlar. İlhan bəy özünün sonrakı çıxışlarında bir neçə dəfə israrla bildirib ki, o, həmin ifadə ilə Niderlandda yaşayan erməni əsilli vətəndaşlara qarşı zorakılığa çağırışı nəzərdə tutmamışdır. Onun sözləri Dağlıq Qarabağda vəhşilik törədən və Azərbaycanın 20 faiz torpağını zəbt edərək 20.000 azərbaycanlını qətl edən Ermənistan Respublikasının silahlı qüvvələrinə ünvanlanmışdır.

Emil Əliyev  İlhan Aşkının sonuncu məhkəməsindən sonra onunla söhbətinə əsasən bildirmişdir ki,  Türkiyə Respublikasının kütləvi informasiya vasitələri, habelə Niderlanddakı türk və Azərbaycan icması onun problemiylə yaxından maraqlanır.Çünki məhkəmənin gözlənilən qərarı bütün Azərbaycan və Türk icmalarının nümayəndələrinə təsir edə bilər. İlhan Aşkın Azərbaycanın Niderlanddakı səfirliyi kimi, ölkənin digər strukturlarından da analoji dəstək gözlədiyini söyləmiş və bu məsələdə öz gileyini gizlətməmişdir.
Qeyd edək ki, mart ayının 3-də baş tutmuş sonuncu məhkəmədə hakim tərəfləri dinlədikdən sonra, qərarın 17 mart tarixində açıqlanacağını bəyan etmişdir.
 
 

Diaspora.az