Atəşkəs pozulub

10:22 | 17 Mart, 2020

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

//Editor.az

Mövzunu Facebookda şərh et