Tunis sərhəd keçidlərini bağlayır

10:53 | 17 Mart, 2020

Tunisin Baş naziri Elias Fəhfah koronavirusun yayılması ilə əlaqədar sərhəd keçidlərinin və sərnişin təyyarələrinin uçuşları üçün ölkənin hava məkanının bağlandığını elan edib.

Editor.az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin başçısının müraciəti ölkənin mərkəzi televiziyası ilə yayımlayıb

Müvəqqəti qaydalar yük nəqliyyatına şamil edilmir. Bundan başqa, E.Fəhfah istənilən kütləvi tədbirlərin keçirilməsinə, həmçinin küçə bazarlarının təşkilinə qadağa qoyulduğunu bildirib.

Yeni tədbirlər martın 18-dən qüvvəyə minir.

Son məlumatlara görə, Tunisdə yeni növ koronavirusa 24 yoluxma halı qeydə alınıb.

Mövzunu Facebookda şərh et