backend

Uşağı ilə sevdiyinə qoşulub qaçan qız anasına səsləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir neçə gün əvvəl Binəqədi Rayon Polis Bölməsinə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Gülxanım Yusifova qızı və nəvəsinin qaçırılması ilə bağlı müraciət edib. Ana bildirib ki, avqustun 5-də, saat 23:00 radələrində Eldar adlı şəxs onun qızı, 1998-ci il təvəllüdlü Aytəni və 2015-ci il təvəllüdlü nəvəsi Yusifi oğurlayıb.
Hadisədə adı hallanan Eldar Əzizulla oğlu Bağışov oxu.az-a məsələnin heç də qayınanasının dediyi kimi olmadığını deyib.
“Burada söhbət qaçırılmaqdan gedə bilməz. Biz bir-birimizi sevdik və bir yerdə yaşamağa qərar verdik. Planlaşdırdığımız yerdə görüşüb gəlmişik evə. Mən onları evlərindən qaçırmamışam. Polis idarəsində izahatımda da belə yazmışam. Aysel hazırlıqlı gəlmişdi. Evlərindən həm özünün, həm də uşağına lazım olan əşyaları toplayıb, gəlib yolun kənarına, oradan da birlikdə görüşüb getmişik”.
Qaçırıldığı deyilən 1998-ci il təvəllüdlü Yusifova Aysel Fuad qızı da sözügedən sayta hadisəni təsdiqləyib. “Paltarımı yığıb gəlmişəm görüşə. Oradan da getmişik”.
Ayselin dediyinə görə, o, əvvəlki həyat yoldaşından rəsmi olaraq boşanıb. Eldarla da yaxın günlərdə nikaha girməyi planlaşdırır.