“Trabzonspor” Obi Mikellə yollarını ayırdı

14:17 | 18 Mart, 2020

“Trabzonspor” yarımmüdafiəçisi Con Obi Mikellə yollarını ayırıb.

32 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Nigeriyalı futbolçunun müqaviləsi 2021-ci ilin yayında bitirdi.

Obi Mikel 2019-cu ildən “bordo-mavililər”də çıxış edirdi. O, bu mövsüm 27 oyun keçirib.

//milli.az

Mövzunu Facebookda şərh et