backend

Daha bir nəfər Xəzərdə boğuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gündüz saatlarında Xəzərdə batan şəxsin cəsədi aşkar edilib.
FHN-dən Editor.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Qasımov Salehin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 14:05-də başa çatıb.​