backend

Cavid Osmanov: "Bu müşavirənin nəticəsi olaraq daha yüksək nəticələr əldə olunacaq"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Nəticədə, ölkənin potensialından daha səmərəli istifadə olunur, regionlarda iqtisadi aktivlik artır və işsizlik problemi həllini tapır, insanların sosial təminatları getdikcə güclənir». Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişib, regionlar da iqtisadi güc amilinə çevirib. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb.
«Müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionlarda güclü sahibkarlar ordusu formalaşıb. Bu gün bölgələrdə aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir. Artıq bölgələrdə 32 iri fermer təsərrüfatı uğurla fəaliyyət göstərir. Yaxın perspektivdə respublikanın ayrı-ayrı bölgələrində 40-dək iri aqroparkın yaradılması nəzərdə tutulub. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib.
Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. Dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizdə yeni reallıqlar yaradıb. Prezident İlham Əliyev avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində qarşıda duran hədəflər barədə fikirlərini bildirib. Dövlət başçısının qeyd etdiyi kimi 2004-cü ildən bu günə qədər Azərbaycan regionlarının inkişafı tarixi nailiyyətdir. Düşünürəm ki, bu müşavirənin nəticəsi olaraq regionların sosial-iqtisadi inkişafında daha yüksək nəticələr əldə olunacaq»- deyə, komitə üzvü vurğulayıb.