backend

Xudatda keçmiş polis əməkdaşının oğlu qəzada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xudat şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Xudat-Xaçmaz yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb.
Xudat şəhər sakini Quliyev Məmmədağa Hüseynqulu oğlunun idarə etdiyi “Traktor” yolun kənarında dayan “Vaz 2106” markalı maşına çırpılıb. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Əmirov Alim Vahid oğlu ağır bədən xəsarətləri ilə Xudat Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən gənci atası uzun müddət yol polisi işləyib.
Fakt araşdırılır.
//APA