Türkiyədə yaşayış evində yanğın baş verib

12:37 | 21 Mart, 2020

Türkiyədə üç mərtəbəli villanın damında yanğın olub.

Editor.az Trend-ə istinadən bildirir ki, hadisə axşam saatlarında Kırıkkale rayonunda baş verib. Baş verən yanğın yanğınsöndürən briqadaları tərəfindən söndürülüb.

Yanğının səbəbini müəyyənləşdirmək üçün işlər davam etdirilir.

Yanğın zamanı evdə heç kimin olmadığı da bildirilib.

Mövzunu Facebookda şərh et