Xalq artisti koronavirusdan necə qorunur? – ÖZÜ AÇIQLADI

09:26 | 23 Mart, 2020

Tanınmış xanəndə, xalq artisti Aygün Bayramova koronavirusdan qorunmağın yolları barədə danışıb.

Sənətkar “ölkə.az”-a açıqlamasında bildirib ki, virusdan qorunmaq üçün qaydalara ciddi şəkildə riayət edir:

“Çalışıram ki, vaxtımın çox hissəsini evdə keçirim. Qohumlarla, dostlarla görüşməməyə, daha çox telefonla ünsiyyət qurmağa üstünlük verirəm. Məncə, bu ərəfələrdə telefonla da danışsaq, yetər. Eyni zamanda əllərimi tez-tez və təlimatlara uyğun yuyuram. Düşünürəm ki, hər kəs bu qaydalara riayət etsə, dünyanın bəlasına çevrilmiş koronavirusdan canımızı qurtara bilərik. Allah xalqımızı qorusun”.

Qeyd edək ki, dekabr ayında Çində yayılan sözügedən virusdan son günlərdə on mindən artıq insan həyatını itirib.

//Editor.az

Mövzunu Facebookda şərh et