Rumıniyada koronavirus səbəbindən bir nəfər ölüb

09:36 | 23 Mart, 2020

Rumıniyada koronavirusa yoluxanların sayı 433 nəfərə çatıb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bir nəfər bu virusun qurbanı olub. Ölən şəxs xərçəng xəstəliyinin son mərhələsində olan 67 yaşlı kişidir. Bundan əlavə, 52 nəfər artıq tam sağalaraq xəstəxananı tərk edib.

Mövzunu Facebookda şərh et