“Qalatasaray”ın vitse-prezidentinin xanımı da koronavirusa yoluxdubackend

“Qalatasaray”ın vitse-prezidentinin xanımı da koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray”ın vitse-prezidenti Abdurahim Albayrakın xanımında koronavirus aşkarlanıb.

Abdurahim Albayrakın xanımı Şükran Albayrak koronavirusa yoluxub.

Bu barədə məlumatı “Hürriyet” qəzetinin yazarı Mehmet Üstündağ yayıb. Onun dediyinə görə cütlük karantinə alınıb.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 339234 nəfər yoluxub. 14703 nəfər bu virusdan ölüb, 99014 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.

//milli.az