Nigar Arpadarai: Yaşlılarımızı qoruyaq, çünki onların buna ehtiyacı varbackend

Nigar Arpadarai: Yaşlılarımızı qoruyaq, çünki onların buna ehtiyacı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağa tətbiq etməklə dövlətimiz risk qrupuna daxil olan yaşlı vətəndaşlarımızı qorumağa çalışır.

Editor.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

Deputat xatırladıb ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda qərar qəbul edilib:

“Qəbul olunmuş qərarda göstərilən ilk müddəa 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağanın qüvvəyə minməsidir. Bu qərar gözlənilən idi, çünki dövlətimiz yaşlı vətəndaşlarımızı qorumağa çalışır. Eyni zamanda başa düşürəm ki, bu məhdudiyyət ağsaqqallarımız üçün mənəvi cəhətdən narahatlıq yarada bilər. Bu çətin məqamda biz yaşlılarımıza dəstək olmalıyıq. Az da olsa, bacardığımız qədər onların gündəlik qayğılarının həll olunmasına çalışmalıyıq.

Xüsusilə, tənha yaşayan yaşlı qohum, qonşunuzu göz önünə alın. Onlara həm mənəvi, həm maddi dəstək olmalıyıq. Önəmlisi odur ki, yaşlı qohum-qonşumuzu yoluxdurmamaq üçün onlarla ünsiyyət zamanı gigiyena qaydalarına riayət etməyi unutmayaq.

Məhz belə məqamlarda biz birləşib dövlətimizə və bir-birimizə arxa ola bilərik! Yaşlılarımızı qoruyaq, çünki onların buna ehtiyacı var”.

//Trend