Türkiyədə daha 7 nəfər koronavirusdan öldü

13:58 | 25 Mart, 2020

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha yeddi nəfər vəfat edib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə öz “Twitter” səhifəsində Səhiyyə Naziri Fəhrəddin Qoca yazıb.

Onun sözlərinə görə, ölkədə 343 yeni infeksiyaya yoluxma halı qeydə alınıb.

Beləliklə, koronavirus qurbanlarının ümumi sayı 44 nəfərə çatıb, yoluxma hadisələrinin sayı 1872 olub.

Mövzunu Facebookda şərh et