Messidən 1 milyonluq yardım

17:38 | 25 Mart, 2020

“Barselona”nın kapitanı Lionel Messi koronavirusla mübarizə kampaniyasına qoşulub.

Editor.az qol.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu Kataloniyadakı “Hospital Clinic” xəstəxanasına 1 milyon avro yardım edib. “Leoya dəstəyinə görə təşəkkür edirik” – deyə xəstəxananın yaydığı açıqlamada bildirilib. Messinin həmçinin Argentinadakı bir neçə xəstəxanaya da yardım etdiyi vurğulanır.

Qeyd edək ki, İspaniyada 40 mindən çox insan koronavirusa yoluxub. Onlardan 2800 nəfəri dünyasını dəyişib.

Mövzunu Facebookda şərh et