Fransa klubunun 3 futbolçusu koronavirusa yoluxdu

17:50 | 25 Mart, 2020

Fransanın “Lill” klubunun 3 futbolçusu koronavirus pandemiyasına yoluxub.

Editor.az qol.az-a istinadla xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Futbolçuların xəstəxanaya yerləşdirildikləri bildirilib. Onların adları açıqlanmır.

Klubun yaydığı açıqlamada futbolçuların vəziyyətinin normal olduğu bildirilib.

Mövzunu Facebookda şərh et