Azərbaycanda vəzifəli şəxs xüsusi rejim qaydalarını pozdu, qızına nişan etdi

18:01 | 25 Mart, 2020

Martın 22-də Milli Vəhdət Partiyası​nın sədri Yunus Oğuzun qızının nişan mərasimi keçirilib.

Pravda.az-ın xəbərinə görə, mərasim Bakının Binəqədi rayonu, metronun “Azadlıq” stansiyasının yaxınlığındakı “Şahənşah” şadlıq sarayında baş tutub.

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun və ailə üzvlərinin qatıldığı nişan mərasimində 100-dən çox insan iştirak edib.

Qeyd: 14 mart 2020-ci il saat 00:00-dan ölkədə xüsusi rejim tətbiq edilib. Qərara əsasən, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.

//Editor.az

Mövzunu Facebookda şərh et