“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş dayandırıldı

19:45 | 25 Mart, 2020

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd xüsusi karanti rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır. Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur.

Sərnişinlərdən bunu anlayışla qarşılamaları, avtobusu perronlarda gözləmələri xahiş edilir.

//milli.az

Mövzunu Facebookda şərh et