Zibil torbasından insan bədən hissələri çıxdı

22:50 | 25 Mart, 2020

Tatarıstanın Naberejnıye Çelnı şəhərində zibil torbasında insan bədəninin hissələri tapılıb.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, qalıqlar içki yoldaşı tərəfindən öldürülən yerli sakinə aiddir.

İlkin ehtimallara əsasən, Yekaterinburqdan qonaq gələn kişi ilə ev sahibi arasında içki məclisində dava düşüb. Münaqişə zamanı qonaq öz tanışını boğub, sonra isə qulaqlarını və ayaqlarını kəsərək, zibil torbasına yığıb və tullayıb.

Bir neçə gündən sonra ehtimal olunan qatil özü də intihar edib. Onun cəsədi qonşu otaqda tapılıb.

Hadisə ilə bağlı cinayət işinə başlanıb.

Mövzunu Facebookda şərh et