Bakıda qadın pəncərənin şüşəsini silərkən 21-ci mərtəbədən yıxıldı

23:17 | 25 Mart, 2020

Bakıda qadın 21-ci mərtəbədən yıxılaraq ölüb.

Editor.az bildirir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə dünən paytaxtın Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 21-də qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan 1991-ci il təvəllüdlü G.Məmmədova pəncərənin şüşəsini təmizləyən zaman yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mövzunu Facebookda şərh et