İranda koronavirusdan ölәnlәrin sayı 2 mini ötüb

23:25 | 25 Mart, 2020

İranda yeni koronavirus (COVID19) nəticəsində indiyәdәk 2 077 nəfər ölüb.

Editor.az xəbər verir ki, bu barədə Trend-ə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadәn mәlumat verib.

Nazirliyin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda bu virusdan 143 nәfәrin ölmәsi öz tәsdiqini tapıb.

Cahanpur әlavә edib ki, ötәn sutkada 2 206 nәfәr koronavirusa yoluxub. Ümumilikdə İranda bu virus daşıyıcılarının sayı 27 017 nәfәrә çatıb.

Nazirlik rәsmisi 9 625 nәfәrin sağaldığını deyib.

Mövzunu Facebookda şərh et