Səfərdən qayıdan həkim işə çıxdı və daha iki nəfəri yoluxdurdu

23:41 | 25 Mart, 2020

Rusiyanın İvanovo şəhərindən olan həkim Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etdikdən sonra işə çıxıb və daha iki nəfəri yoluxdurub.

Editor.az oxu.az-a istinadən bildirir ki, bununla belə, həkim məsuliyyətə cəlb olunmayacaq. Çünki o, işini ehtiyatlı tutub: səfərdən qayıtdıqdan sonra “Rospotrebnadzor”a (“İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) zəng edərək, BƏƏ-dən səfərdən qayıtdığını bildirib və işə çıxa bilib-bilməyəcəyini soruşub.

Həmin ərəfədə Əmirlikdə yoluxma halı aşkarlanmadığından həkimə işə çıxmağa icazə verilib.

Ümumilikdə, həkimin 53 nəfərlə təmasda olduğu vurğulanıb. Hazırda onlar da koronavirusa yoluxma testindən keçirilir.

Mövzunu Facebookda şərh et