Bakıda quldurluq edən şəxslər saxlanıldı

23:43 | 25 Mart, 2020

Quldurluqda şübhəli bilinən 3 nəfər yaxalanıb.

Daxili İşlər Naziliyindən verilən məlumata görə, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də paytaxt sakini E.İmanovu bıçaqla hədələyib içərisində 520 manat, 720 dollar və bankomat kartları olan pulqabısını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Nəsirov, T.Əliyev və Cəlilabad rayon sakini H.Məlikov saxlanılıblar.

//milli.az

Mövzunu Facebookda şərh et